Bütün xəbərlər
Bessent: "ABŞ Senatı Trampa Çinə 500%-ə qədər rüsum tətbiq etməyə icazə verə bilər"
Tarix: 15-10-2025 19:21 | Bölmə: Dünya

85 senatordan ibarət qrup ABŞ prezidenti Donald Trampa Çinin Rusiya neftinin alınmasına cavab olaraq ona 500%-ə qədər tariflər tətbiq etmək səlahiyyətini verməyə hazırdır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə oktyabrın 15-də ABŞ-ın maliyyə naziri Skott Bessent məlumat verib.
O əlavə edib ki, Amerika lideri ABŞ səfiri vasitəsilə müttəfiqlərinə məlumat verib ki, Vaşinqton avropalı tərəfdaşlarından oxşar addım gözləyir.
“85 senator prezident Trampa Rusiya neftinin alışına görə Çinə 500%-ə qədər tariflər tətbiq etmək səlahiyyətini verməyə hazırdır”, – Fox News telekanalı Bessent-ə istinadən bildirib.
Bundan əvvəl Tramp Çindən gələn mallara 2025-ci il noyabrın 1-dən etibarən əlavə 100% rüsumlar tətbiq ediləcəyini açıqlamışdı. Bundan başqa, ABŞ administrasiyası lazım gələrsə Pekinlə ticarət müharibəsinə hazır olduğunu bildirmişdi.
Bununla belə, bəzi tədqiqatçılar hesab edir ki, Tramp Çinlə danışıqlarda ABŞ-ın mövqeyini gücləndirmək üçün sərt danışıqdan istifadə edir.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər
4-10-2025, 20:09 Partlayış baş verib