Bütün xəbərlər
Tramp: "ABŞ Qəzzada insanları öldürməyə davam edərsə, HƏMAS-ı “məhv etməli” olacaq"
Tarix: 16-10-2025 23:05 | Bölmə: Dünya

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Fələstin HƏMAS hərəkatı Qəzzada sülh razılaşmasını pozaraq insanları öldürməyə davam edərsə, ölkəsinin məhv etməkdən başqa yolu qalmayacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Amerika lideri bunu "Truth Social" sosial media platformasında yazıb.
“Əgər HƏMAS razılaşmanın bir hissəsi olmayan Qəzzada insanları öldürməyə davam etsə, gedib onları öldürməkdən başqa çarəmiz qalmayacaq”, - Tramp hədələyib.
Oktyabrın 13-də Tramp Qəzza zolağında münaqişənin bitdiyini elan edib. Amerika lideri həmçinin HƏMAS-ın Ağ Evin sülh planında yer alan tərksilah bəndini həyata keçirməyə razı olduğunu açıqlayıb.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər
4-10-2025, 20:09 Partlayış baş verib