Bütün xəbərlər
"Suriya TV": Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara oktyabrın 15-də Rusiyaya səfər edəcək
Tarix: 14-10-2025 20:51 | Bölmə: Dünya

Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara oktyabrın 15-də Moskvaya gələcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Suriya televiziyası öz mənbələrinə istinadən məlumat yayıb.
“Prezident Əhməd əl-Şaraa sabah, çərşənbə günü Rusiyaya səfər edəcək”, - deyə, telekanal bildirib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, Suriya tərəfi Rusiya hərbi bazalarının ölkədə saxlanılmasında maraqlıdır. Onun sözlərinə görə, yeni reallıqda onlar Afrikaya humanitar yardım göndərmək üçün mərkəz rolunu oynaya bilərlər.
Xarici işlər naziri onu da əlavə edib ki, Rusiya Suriyada heç vaxt şəxsi maraqlarını güdməyib.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər
4-10-2025, 20:09 Partlayış baş verib