Bütün xəbərlər
Böyük Britaniya Ermənistan və Azərbaycana silah embarqosunu ləğv edəcək
Tarix: 14-10-2025 17:53 | Bölmə: Dünya

Böyük Britaniya Ermənistan və Azərbaycana 30 ildən artıqdır tətbiq etdiyi silah embarqosunu ləğv etdiyini açıqlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Naziri Stiven Doughty Britaniya parlamentinin saytında dərc olunmuş bəyanatında bildirib.
O qeyd edib ki, sülhün bərqərar olunmasında mühüm irəliləyişləri və ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə Vaşinqtonda keçirilən son sammitin nəticələrini nəzərə alaraq, Böyük Britaniya ATƏT-in 1992-ci ildə tətbiq etdiyi və Dağlıq Qarabağda döyüşlərdə iştirak edən qüvvələrə bütün silah və sursat təchizatını əhatə edən embarqonu artıq aktual hesab etmir.
“Böyük Britaniya buna görə də Ermənistan və Azərbaycana silah embarqosunu tamamilə ləğv edəcək”, - bəyanatda vurğulanır.
Əvvəllər bildirilirdi ki, Ermənistan və Böyük Britaniya ikitərəfli münasibətləri strateji tərəfdaşlığa yüksəltmək barədə razılığa gəliblər. Avqustun 26-da Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan iki ölkə arasında strateji dialoq çərçivəsində İrəvanda Böyük Britaniyanın Avropa, Şimali Amerika və xarici ərazilər üzrə dövlət katibi Stiven Doughty ilə görüşüb. Yerevan və London tərəfdaşlıq əlaqələrini genişləndirmək üçün ikitərəfli iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğuladılar.



Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər