12:24 / 03-03-2026
Qızıl tabutda dəfn edilib
Bütün xəbərlər
Reperin qətlinə görə 8 il müddətinə azadlıqdan məhrum edilib
Tarix: 24-10-2025 18:18 | Bölmə: Mədəniyyət

Çelyabinskdə 35 yaşlı yerli qadın reper dostunun qətlinə görə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə regional İstintaq Komitəsi (İK) məlumat verib.
Müəyyən edilib ki, 16 oktyabr 2024-cü il tarixində axşam saatlarında Deqtyarev küçəsindəki binada uşaq arabası mağazasında kişi və qadın spirtli içki qəbul edərkən mübahisə ediblər. Mübahisə zamanı qadın 35 yaşlı qurbanı bıçaqlayıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (Qətl) ilə cinayət işi açılıb və araşdırılır.
"Məhkəmə günahkarı ümumi rejimli cəza koloniyasında səkkiz il müddətinə azadlıqdan məhrum edib", agentliyin Telegram kanalında dərc olunmuş açıqlamada deyilir.
"74.ru" portalının məlumatına görə, mərhum TricoPushon səhnə adı ilə tanınan mübahisəli reper idi. O, ölümündən bir müddət əvvəl həbsdən azad edilmişdi. Həmçinin bildirilirdi ki, mərhum 2020-ci ildə həyat yoldaşı tərəfindən parçalanmış Endi Kartraytın (əsl adı Aleksandr Yuşko) yaxşı dostu olub.



Baxış sayı: 411


Bölməyə aid digər xəbərlər
16-02-2026, 21:32 Xalq artisti vəfat etdi
29-12-2025, 19:13 QIZIL ALMA