Bütün xəbərlər
Ərdoğan: "BMT Təhlükəsizlik Şurasının sülh və təhlükəsizlik üçün islahatlara ehtiyacı var"
Tarix: 24-10-2025 23:39 | Bölmə: Manşet

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, BMT Təhlükəsizlik Şurası sülh və təhlükəsizliyi qorumaq üçün islah olunmalıdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun xatırlatdığına görə, BMT Təhlükəsizlik Şurası beynəlxalq təhlükəsizliyin və sülhün təmin edilməsindən məsul orqandır.
RİA Novosti-nin sitat gətirdiyi kimi, Ərdoğan bildirib: "Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasından məsul olan BMT Təhlükəsizlik Şurasının bütün bəşəriyyətin qanuni gözləntilərini qarşılaya bilən bir quruluşa çevrilməsi vacibdir".
Türkiyə Prezidenti həmçinin qeyd edib ki, BMT-nin humanitar böhranlar, aclıq, yoxsulluq, islamofobiya, terrorizm, müharibələr və iqlim dəyişikliyi qarşısında tarixi məsuliyyəti getdikcə daha əhəmiyyətli hala gəlir. Ərdoğanın sözlərinə görə, dünya təşkilatı öz vəzifələrini yalnız əsas dəyərlərinin və prinsiplərinin daha qətiyyətli müdafiəsi ilə yerinə yetirə bilər.



Baxış sayı: 261


Bölməyə aid digər xəbərlər