Bütün xəbərlər
İnternatda oxuyan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı artıb
Tarix: 05-09-2019 12:05 | Bölmə: Sosial

İnternat müəssisələrində təlim-tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı artıb.
Trend-in məlumatına görə, 2001-ci ildə internat müəssisələrində təlim-tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı hazırdakından 3 dəfəyə yaxın çox - 2484 nəfər olub.
Həmin dövrlə müqayisədə belə uşaqların sayı azalsa da, son 3 il ərzində onların ümumi sayında yenidən artıma doğru tendensiya müşahidə edilir.
2016-cı ildə internat müəssisələrində təlim-tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı 602, 2017-ci ildə 737 olduğu halda, 2018-ci ildə bu say 862 olub.
Ötənilki məlumatlara əsasən, internat müəssisələrində təlim-tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların 704-ü ümumtəhsil internat məktəblərində təlim-tərbiyə alır. Onların da 504-ü valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olan uşaqlar üçün internat məktəblərində oxuyur.


Baxış sayı: 517


Bölməyə aid digər xəbərlər