Bütün xəbərlər
Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş könüllü gənclərin voleybol yarışı keçirildi -SUMQAYIT-70
Tarix: 10-08-2019 02:06 | Bölmə: Sosial

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən şəhərin 70 illik yubileyinəhəsr edilmiş müxtəlif sahələri təmsil edən gənc könüllülər arasında voleybol yarışı təşkil edilmişdir.
Tədbiri giriş sözü ilə açan Baş İdarənin rəisi Elgün Hümbətov iştirakçıları salamlayaraq, Sumqayıt şəhərinin əsaslı yenidənqurma və abadlıq işlərinin aparılması nəticəsində xüsusi zövq oxşayan görkəm qazanmasından, ölkəmizdə, o cümlədən şəhərimizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən danışmışdır. Qeyd olundu ki, məqsəd “Azərbaycan gəncliyi 2017 – 2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələri, Sumqayıt şəhərinin 70 illik yubileyi əlaqədar təsdiq olunmuş Tədbirlər Planını icra etmək, gənclərin hərtərəfli inkişafına nail olmaq, sağlamlıqlarının möhkəmləndirmək, asudə vaxtlarının səmərəli təşkili və həmçinin fiziki potensialının üzə çıxarılmasıdır. 
Yarışda ümumilikdə 6 komanda və hər komandadan 7 nəfər olmaqla 42 gənc qalib adı uğrunda mübarizə aparmışdır.
Gərgin keçən yarışmanın yekun nəticəsinə əsasən I yerə Sumqayıt Asan Xidmət Mərkəzinin “Mübariz”,II yerə Qızıl Aypara, III yerə isə Sumqayıt Gənclər Klubunun eyni adlı komandaları layiq görülmüşdür.
Qalib komandalar Baş İdarənin kubok, medal, fəxri fərman vəhədiyyələri ilə təltif edilmişdir.
Sabaha-inamla.Az






Baxış sayı: 771


Bölməyə aid digər xəbərlər