Bütün xəbərlər
Dörd Azərbaycan məktəblisi beynəlxalq olimpiadada medal qazandı - FOTOLAR
Tarix: 20-03-2020 01:39 | Bölmə: Sosial
      

Dörd Azərbaycan məktəblisi beynəlxalq olimpiadada medal qazanıb.
 Modern.az  xəbər verir ki, bu barədə Təhsil İnstitutunun istedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev bildirib.
Fuad Qarayev qeyd edib ki, 13-18 mart tarixlərində Rusiya Federasiyasında keçirilməsi planlaşdırılan lakin Covid-19 ilə əlaqədar bütün iştirakçı ölkələr üçün online keçirilən 5-ci Qafqaz Riyaziyyat Olimpiadası yekunlaşıb: "Şagirdlərimizdən
Murada Ağazadə (senior team)  qızıl medal, Abbas Məmmədov (senior team) qızıl medal, Toğrul Abbasov ( junior team)  qızıl medal qazanıb. Digər məktəblimiz
Amin Cəfərzadə isə ( junior team)  bürünc medala layiq görülüb.
Şagirdlərimizi, onların valideynlərini təbrik edir və bu işdə əməyi olan bütün müəllimlərimizə təşəkkür edirik"
Xatırladaq ki, keçən tədris ilində şagirdlərimiz bu olimpiadada 1 gümüş və 1 bürünc medal əldə etmişlər.







Baxış sayı: 390


Bölməyə aid digər xəbərlər