"Bura şərt, arzu və istəklər pavliyonu deyil"-VÜSALƏ MAHİRQIZI
Tarix: 02-10-2019 19:51 | Bölmə: Sosial

"APA Group"-un direktoru Vüsalə Mahirqızı  özünün facebook səhifəsində APA TV-nin canlı efirində təşkil etdikləri debatların çətinliyindən yazıb. Sabaha-inamla.Az V.Mahirqızının fikirlərini oluğu kimi oxuculara çatdırır.

- Bir aya yaxındır ki, APA TV-nin canlı efirində debatlar təşkil edirik. Amma debatların təşkili, sözün həqiqi mənasında, zülmdür. Müxalifətli iqtidarlı monoloqa öyrəşmiş siyasətçilər debat praktikasından xeyli uzaqlaşıblar və efirə, məhz debata gəlmək istəmirlər. Ayrı-ayrı tərif və tənqid mövzularında aktiv olan iqitidar və müxalifət siyasətçiləri debatda iştirak edib. müzakirələrdə bir-biri ilə üz-üzə gəlməyi çox sadəcə bacarmırlar, qorxurlar və çəkinirlər. Birdəfəlik anlamaq lazımdır ki, monoloq effektli deyil, eyni sözü deyib, jurnalistin də müdrikcəsinə başını yelləyib, təsdiq elədiyi efirlərdəki komfort dövrü bitib, bir-birinizi başqa efirlərdən ittiham etməklə heç nəyə nail olmayacaqsınız.
İkinci məsələ isə rəsmi qurumların təmsilçiləri ilə bağlıdır. Bu gün son günlərin ən çox müzakirə olunan məsələsi-SOCAR-la baş vermiş mübahisə ilə bağlı "Aparalel" verilişində debat idi. SOCAR-ın baş verən hadisələrdəki iştirakı və mövqeyi ilə qətiyyən razı deyiləm. Amma bu gün çox normal şəkildə nümayəndələrini efirə göndərmələri təqdirə layiq idi, ittihamlara və bütün suallara gələn təmsilçi canlı efirdə cavab verdi. Eynilə Bakı Nəqliyyat Agentliyini də bir neçə gün öncə bu qurumu ittiham edən Tahir Kərimli ilə efirə çağırmışdıq. Tahir Kərimli gəldi, BNA isə şərt qoyur ki, "biz Tahir Kərimli ilə efirə gəlmirik". Əziz rəsmilər, sizin belə bir lüksünüz yoxdu. Biz heç bir qurumdan məsələhət istəmirik, efirə çağıranda, gəlin, ittihamlara cavab verin, əhali arasında təmsil etdiyiniz qurumun nüfuzunu qoruyun. Platforma istəyirsiniz, bu da sizə platforma, canlı efir. Gəlin, danışın.
Amma bura şərt, arzu və istəklər pavliyonu deyil. Deyiləndə gəlin və sözünüzü deyin. Sizli də, sizsiz də o müzakirə onsuz da keçiriləcək. Məncə, fürsəti dəyərləndirin!


Baxış sayı: 76


Bölməyə aid digər xəbərlər