Bütün xəbərlər
Kəmaləddin Heydərovun oğlu tanınmış jurnalistə vəzifə verdi
Tarix: 09-09-2019 11:00 | Bölmə: Karusel
                 

"Libraff" mağazalar şəbəkəsində yeni təyinat olub.
Modern.az xəbər verir ki, “Xəzər” TV-dən tanıdığımız aparıcı Cəlalə Nəzəroğlu "Libraff" mağazalar şəbəkəsində rəhbərlik edəcək.
Bu barədə son vaxtlaradak "ASAN radio"da çalışan C.Nəzəroğlu özü sosial şəbəkədə məlumat verib. O, göstərilən etimada görə "GİLAN Holdinq" rəhbərliyinə, o cümlədən də Tale Heydərova təşəkkür edib.
"Dostlar, yeni vəzifəyə təyin olundum. Bundan sonra "Libraff" mağazalar şəbəkəsinə rəhbərlik edəcəm. Göstərilən etimada görə "GİLAN Holdinq" rəhbərliyinə, o cümlədən, Tale Heydərova təşəkkür edirəm".
Tale Heydərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğludur. O, iş adamı kimi tanınıb və bir çox şirkətlərə rəhbərlik edir.



Baxış sayı: 523


Bölməyə aid digər xəbərlər