12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
"Paris Saint-Germain" vaxtından əvvəl Fransa çempionu olub
Tarix: 28-04-2024 23:37 | Bölmə: Karusel

"Paris Saint-Germain" futbol klubu vaxtından əvvəl Fransa çempionatının qalibi olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, mövsümün bitməsinə üç tur qalmış baş verdi.
Bazar günü rusiyalı Aleksandr Qolovinsiz turnir cədvəlinin ikincisi olan “Monako” səfərdə “Lion”a uduzdu (2:3), bu səbəbdən də parisliləri qabaqlamaq üçün riyazi şanslarını itirdi.
Hazırda PSJ-nin 70, “Monako”nun 58 xalı var. Cədvəldə sonrakı yerləri “Brest” (56), “Lill” (55) və “Nitsa” (51) tutur.
PSJ ardıcıl üçüncü, tarixdə isə 12 dəfə Fransa çempionu olub ki, bu da ölkə rekordudur. "Sent-Etyen" on dəfə, "Marsel" 9 dəfə, "Monako" və "Nant" hərəyə 8 dəfə Fransa çempionu olub.


Baxış sayı: 107


Bölməyə aid digər xəbərlər