Bütün xəbərlər
Kubada ölən rus və kanadalının cəsədləri qarışdırılıb
Tarix: 29-04-2024 22:06 | Bölmə: Karusel

Rusiya diplomatları Kubada dünyasını dəyişən, lakin səhvən Kanadaya göndərilən həmyerlimizin cənazəsini vətənlərinə qaytarmaq üçün çalışırlar. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Monrealdakı baş konsulu Aleksandr Noskov məlumat verib.
Bundan əvvəl "CTV News" telekanalı Kubada ölən 68 yaşlı kanadalının ailəsinin səhvən rusiyalının cəsədini aldığını bildirmişdi. Kanadalı məzuniyyətdə olarkən ürək tutmasından dünyasını dəyişib.
Noskovun sözlərinə görə, kanadalının cənazəsi artıq Rusiyada dəfn edilib. İndi insidentdə iştirak edən tərəflər son DNT testlərini keçirməlidirlər.
RİA Novosti ilə söhbətində Rusiyanın baş konsulu vurğulayıb ki, Rusiya-Kanada münasibətlərinin soyuması ölkələrin vətəndaşlarının qalıqlarının qarşılıqlı repatriasiyası üzrə əməkdaşlığına təsir göstərmir.
Qeyd edək ki, Kuba hakimiyyəti ölən kanadalının ailəsindən 10 min dollar alıb. Səhv etiraf edildikdən sonra pul zərərçəkənə qaytarılıb.
Qalıqların repatriasiyası prosesi Rusiya ilə Kanada arasında birbaşa hava əlaqəsinin olmaması ilə çətinləşir.




Baxış sayı: 116


Bölməyə aid digər xəbərlər