Bütün xəbərlər
"Arsenal" Şimali London derbisində qalib gəlib
Tarix: 28-04-2024 20:36 | Bölmə: Karusel


İngiltərə Premyer Liqasının 35-ci turunun matçında "Arsenal" "Tottenhem"i 3:2 hesabı ilə məğlub edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, görüş "Spurs"un stadionunun meydançasında baş tutub.
“Tottenhem”in yarımmüdafiəçisi Pyer-Emil Hojbjerq 15-ci dəqiqədə künc zərbəsindən sonra topu öz qapısına çatdıraraq hesabı açıb. Onun komanda yoldaşı Mickey van de Ven 9 dəqiqə sonra bərabərliyi bərpa etsə də, oyundankənar vəziyyət səbəbindən qol qəbul edilmədi.
Bundan dərhal sonra Bukayo Saka Kai Havertsin ötürməsindən fərqlənərək topçuların fərqini artırdı. 38-ci dəqiqədə almaniyalının özü Deklan Raysın köməkliyi ilə hesabı 3:0-a çatdırıb.
Matçın ikinci hissəsində meydan sahibləri iki top geri çəkiblər. 64-cü dəqiqədə Kristian Romero, 87-ci dəqiqədə isə Heunq-Min Son penaltini qola çevirib.
“Arsenal” ardıcıl 3-cü qələbəsini qazanaraq, 80 xalla turnir cədvəlinə başçılıq edir, iki oyundur olan “Mançester Siti”ni 4 xal qabaqlayır. “Tottenhem” 60 xalla 5-ci yerdədir.


Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər