Bütün xəbərlər
Müdafiə Nazirliyinin saytından Timur İvanovun tərcümeyi-halı olan səhifə yoxa çıxıb
Tarix: 29-04-2024 20:29 | Bölmə: Karusel

Rusiya Müdafiə Nazirliyinin saytında külli miqdarda rüşvət almaqda şübhəli bilinərək həbs edilən nazir müavini Timur İvanovun şəxsi səhifəsi artıq yoxdur.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İvanovun adı da müdafiə nazirinin bütün müavinlərinin yer aldığı səhifədən itib.
Aprelin 23-də Timur İvanov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O, xüsusilə külli miqdarda rüşvət almaq üçün üçüncü şəxslərlə əlbir olmaqda ittiham olunur.


Baxış sayı: 102


Bölməyə aid digər xəbərlər