Bütün xəbərlər
Avstraliya hava hücumundan müdafiə sistemləri və pilotsuz təyyarələrin alınması üçün Ukraynaya 100 milyon dollar verəcək
Tarix: 27-04-2024 21:50 | Bölmə: Karusel


Avstraliya son hərbi yardım paketi çərçivəsində Ukraynaya 100 milyon dollar ayırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəhbəri Riçard Marles Lvovda Ukraynanın baş naziri Denis Şmıqalla keçirdiyi mətbuat konfransında bildirib.
O, bu vəsaitin qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin (50 milyon) və pilotsuz təyyarələrin (30 milyon) alınmasına yönəldiləcəyini dəqiqləşdirib.
Marles əlavə edib ki, qalan vəsait şişmələrdən tutmuş dəbilqə və çəkmələrə qədər olan əşyalara xərclənəcək. Bundan əlavə, Kiyev yüksək dəqiqliyə malik hava-yer döyüş sursatları alacaq.


Baxış sayı: 124


Bölməyə aid digər xəbərlər