Bütün xəbərlər
RFU Rusiya çempionatının 26-cı turunun oyunlarına hakimlər təyin edib
Tarix: 27-04-2024 16:59 | Bölmə: Karusel

RPL çempionatının 26-cı turunun Moskva “Dinamo”su ilə Sankt-Peterburqun “Zenit” komandaları arasında keçiriləcək mərkəzi oyununu Pavel Kukuyan idarə edəcək.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə RFİ-nin mətbuat xidməti məlumat yayıb.
Vladislav Nazarov və Andrey Qurbanov baş hakimin köməkçisi olacaqlar. Sergey İvanov VAR sisteminə cavabdeh olacaq. "Dinamo" - "Zenit" matçı aprelin 28-də Moskvada keçiriləcək.
Qalan hakim təyinatları belədir: Spartak - Lokomotiv (Kirill Levnikov), Baltika - ÇSKA (Yan Bobrovski), Axmat - Pari NN (Vladislav Bezborodov), Krylia Sovetov - Krasnodar (Sergey Karasev), "Rubin" - "Ural" ( Yevgeni Bulanov), “Soçi” – “Fakel” (Rafael Şafeev), “Rostov” – “Orenburq” (Sergey Çeban).
25 turdan sonra Rusiya futbol çempionatının turnir cədvəlinə 50 xalla "Zenit" başçılıq edir. Sonrakı yerləri “Krasnodar” (49) və “Dinamo” (44) tutur.


Baxış sayı: 114


Bölməyə aid digər xəbərlər