Bütün xəbərlər
"Real Madrid"in qapıçısı Lunin Kurtua qədər maaş almaq istəyir
Tarix: 27-04-2024 14:26 | Bölmə: Karusel


"Real Madrid" Andrey Luninlə müqaviləni uzatmaq niyyətindədir. Ukraynalı qolkiper Los Blankosdan maaşının artırılmasını istəyib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Tibo Kurtuanın zədəsindən sonra İspaniya komandasının əsas qapıçısına çevrilən Lunin cari mövsümdəki çıxışından razı qalıb. Ukraynalı Madriddə qalmağa hazırdır, lakin onun maliyyə ehtiyacları xeyli artıb.
Mənbənin sözlərinə görə, 25 yaşlı futbolçu belçikalı qolkiper meydana qayıtdıqdan sonra yenidən ikinci nömrə olacağını anlayır. Buna görə də Lunin təxminən Kurtua ilə eyni maaş almaq istəyir.
2023/24 mövsümünün İspaniya çempionatında ukraynalı qolkiper "Real"ın heyətində 20 oyun keçirib, 13 qol buraxıb.


Baxış sayı: 112


Bölməyə aid digər xəbərlər