Bütün xəbərlər
Yakutiya parlamentinin deputatı restoranlarda siqaret çəkilməsinin qadağan olunmasından şikayətlənib
Tarix: 29-04-2024 21:08 | Bölmə: Karusel

Yakutiya parlamentinin Verxnevilyuysk-Qornı seçki dairəsindən deputatı, “Vahid Rusiya”nın üzvü Vladimir Poskaçin restoranlarda və digər əyləncə məkanlarında siqaret çəkməyə qoyulan qadağanın aradan qaldırılmasına çağırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Saxa Respublikası Dövlət Assambleyasının (İl Tumen) aprelin 24-də keçirilən plenar iclasında çıxış edən Poskaçin izah etdiyinə görə, siqaret çəkənlər küçəyə çıxmağa məcbur olurlar, buna görə də sərt Yakutda onlara soyuq dəyir.
Deputat etiraf edib ki, siqaret qadağasına görə “orada dincələ bilməzsən” deyə, restoranlara sevgisi kəsilib.
O, yadına salıb ki, əvvəllər dəhlizdə siqaret çəkən yerlər olub, indi isə istənilən havada çölə çıxmalı olur, RİA Novosti yazır.


Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər