Bütün xəbərlər
Tacikistan Xarici İşlər Nazirliyi vətəndaşlara Rusiya Federasiyasına səfərdən çəkinməyi tövsiyə edib
Tarix: 27-04-2024 21:45 | Bölmə: Karusel


Tacikistan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına hələlik çox zərurət olmadıqca Rusiyaya səfərlərdən çəkinməyi tövsiyə edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, mesaj departamentin saytında dərc olunub.
Aprelin 26-da Respublika Xarici İşlər Nazirliyi bəyan edib ki, guya Tacikistan vətəndaşlarının Rusiya Federasiyasına girişinə kütləvi şəkildə qadağa qoyulub. Xarici işlər nazirinin müavini Sodiq İmomi Rusiya səfiri Semyon Qriqoryevlə görüşüb və bununla bağlı narahatlığını bildirib.
Xarici İşlər Nazirliyi onu da əlavə edib ki, Tacikistanın yüzlərlə vətəndaşı Qazaxıstan-Rusiya sərhədini keçə və Rusiya Federasiyasının Orenburq vilayətinin ərazisinə daxil ola bilməz.




Baxış sayı: 116


Bölməyə aid digər xəbərlər