Bütün xəbərlər
Moskva hava limanlarında mindən çox Tacikistan vətəndaşı yoxlanılır
Tarix: 28-04-2024 18:46 | Bölmə: Karusel

Tacikistan XİN-in məlumatına görə, mindən çox Tacikistan vətəndaşı Moskva hava limanlarına toplaşıb, o cümlədən Rusiya universitetlərində təhsil almağa gələnlər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, aprelin 27-nə kimi 954 Tacikistan vətəndaşı Vnukovo hava limanında müvəqqəti saxlama zonasında olub, 322 vətəndaşa Rusiyaya buraxılıb, 27 vətəndaş Rusiyadan çıxarılıb.
Moskvanın Jukovski, Domodedovo və Şeremetyevo hava limanlarında onlarla Tacikistan vətəndaşı müvəqqəti saxlama zonalarında saxlanılır. Tacikistanın Rusiyadakı səfirliyi 24 saat fəaliyyət göstərən operativ qərargah açıb.
Bu arada Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova vurğulayıb ki, Rusiyaya daxil olanların hərtərəfli yoxlanılması müvəqqətidir və vətəndaşların milliyyəti ilə heç bir əlaqəsi yoxdur.
Bu arada "Crocus City Hall"da 144 nəfərin ölümü ilə nəticələnən terror aktını Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə 12 Tacikistan vətəndaşı həyata keçirib.


Baxış sayı: 102


Bölməyə aid digər xəbərlər