Bütün xəbərlər
"Bayer" məğlubiyyətsizlik seriyasını 46 matça çatdırıb
Tarix: 27-04-2024 23:55 | Bölmə: Karusel


Futbol üzrə Almaniya çempionatının 31-ci turunun matçında "Bayer" doğma arenada "Ştutqart"la heç-heçə edib - 2:2.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, görüş ərzində qonaqlar 2:0 öndə olsalar da, üstünlüyünü qoruya bilməyiblər. “Avtozavodtsev”in heyətində 47 və 57-ci dəqiqələrdə fərqlənən Kris Furiç və Denis Undav qol vurub.
“Əczaçı”nın qolunu 61 və 97-ci dəqiqələrdə admin Adli və Robert Andriç vurub.
Vaxtından əvvəl ölkə çempionu olan "Bayer" məğlubiyyətsizlik seriyasını 46 matça çatdırıb - 38 qələbə və 8 heç-heçə. Bu nailiyyət bütün Avropa komandaları arasında 21-ci əsrin rekordudur.


Baxış sayı: 115


Bölməyə aid digər xəbərlər