Bütün xəbərlər
ŞAHMAT ÜZRƏ SUMQAYIT ÇEMPİONATINA YEKUN VURULDU
Tarix: 07-09-2019 00:09 | Bölmə: Karusel

     05-06 sentyabr 2019-cu il tarixlərində Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbində keçirilən Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş sürətli şahmat (rapid) üzrə kişi və qadınlar arasında şəhər çempionatına yekun vuruldu. Çempionatda 60 nəfərdən artıq şahmatçı qalib adı uğrunda mübarizə aparmışdır.
Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Məhluqə Zülfüqarlı, Leyla Rzalı və Jalə Kərimli qadınlar arasında, Elgün Paşayev, Murad İbrahimli, Nihad Ağalı isə kişilər arasında bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
            Yarışın qalib və mükafatçıları Gənclər və İdman Baş İdarəsinin Fəxri Fərman, medal və hədiyyələri ilə təltif olunmuşlar.
Sabaha-inamla.Az



Baxış sayı: 405


Bölməyə aid digər xəbərlər