Bütün xəbərlər
Azərbaycan məktəbliləri Beynəlxalq Meqapolis Olimpiadasında 5 medal qazanıblar
Tarix: 06-09-2019 20:28 | Bölmə: Karusel

              Azərbaycan məktəbliləri Beynəlxalq Meqapolis Olimpiadasında 5 medal qazanıblar


Moskva şəhərində növbəti dünya səviyyəli Beynəlxalq Meqapolis Olimpiadası keçirilib.
Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, olimpiadada ölkəmizi təmsil edən məktəblilər uğurla iştirak ediblər.
İnformatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Abutalıb Namazov gümüş, Murad Eynizadə  bürünc medala layiq görülüblər.
Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Murad Ağazadə gümüş,  kimya fənni üzrə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdləri Xanım Yaqublu və  Aydan Nağızadə gümüş medal qazanıblar.
Beləliklə, məktəblilərimiz 4 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında III yerə layiq görülüblər.


Baxış sayı: 296


Bölməyə aid digər xəbərlər