23:50 / 18-03-2024
Prezident xalqı təbrik etdi
22:44 / 18-03-2024
Petr Yan sıradan çıxıb
Bütün xəbərlər
Ağcabədidə bədbəxt hadisə: Su borusu qırılıb iki nəfərin üzərinə düşdü
Tarix: 21-08-2019 17:54 | Bölmə: Karusel



Ağcabədi rayonunda iki nəfər bədbəxt hadisə nəticəsində xəsarət alıb.
Trend-in məlumatına görə, hadisə rayonun Yuxarı Qiyamadınlı kəndi ərazisində subartezyan quyularının təmiri zamanı baş verib.
Ağcabədi rayon Subartezian İdarəsinin işçiləri su borusunu qaldırıcı kran vasitəsilə qaldırarkən boru qaynaq olunmuş hissədən qırılaraq iki nəfərin üzərinə düşüb.
Hadisə nəticəsində 1979-cu il təvəllüdlü, idarənin çilingəri Səfərov Rahib Əhliman oğlu və 1994-cü il təvəllüdlü kənd sakini Hüseynov Elnur Bakir oğlu ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.


Baxış sayı: 249


Bölməyə aid digər xəbərlər