Bütün xəbərlər
Gəncə işinə görə 4 nəfər həbsdən azad edildi
Tarix: 11-08-2019 01:27 | Bölmə: Karusel

              



              

“Gəncə işi” ilə bağlı Apellyasiya Məhkəməsində proses davam edib.
AnTV.az xəbər verir ki, keçirilən məhkəmə prosesində dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslərə 2 il iş istəyib. Hakim də prokurorun çıxışından sonra hökm oxuyub və qərar qəbul edib. Məhkəmənin qərarına əsasən Gəncə hadisələrində həbs olunmuş 4 nəfər şəxs məhkəmə zalından azadlığa buraxılıb.
Azadlığa buraxılan şəxslər Məmmədtagiyev Kamal Nadir oğlu, Qurbanzadə Rauf Arif oğlu,  Seyidov Mir Eşqin Nazim oğlu və Hüseynov Qadir Fazil oğlu olublar. Onlar CM-in 220.1-ci maddəsi ilə təqsirli biliniblər. Həmin şəxslər ilkin instansiya məhkəməsinin hokmuylə 7 il azadlıqdan məhrum edilmişdilər.


Baxış sayı: 327


Bölməyə aid digər xəbərlər