20:43 / 21-08-2019
Xalq artisti vəfat edib
Ankara və Vaşinqton Suriyanı müzakirə ediblər
Tarix: 10-08-2019 01:18 | Bölmə: Karusel

                            


Türkiyə prezidentinin mərbuat katibi İbrahim Kalın və Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton arasında telefon danışığı olub.
Trend-in Türkiyə KİV-lərinə isitnadən verdiyi məlumata görə, tərəflər telefon danışığı zamanı ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər.
İ.Kalın və C.Bolton həmçinin Suriyanın şimalında təhlükəsizlik zonasının, Suriya üzrə Türkiyə-ABŞ birgə əməliyyatlar mərkəzinin yaradılmasını və iki ölkə arasında əmtəə dövriyyəsinin artırılması ətrafında fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı Suriyanın şimalında təhlükəsizlik zonasının ən qısa müddətdə yaradılmasının vacibliyi vurğulanıb.
Bundan əlavə tərəflər sentyabrda ABŞ maliyyə naziri Uilbur Rossun rəhbərlik etdiyi nümayəndə heyətinin və Donald Trampın bu il Türkiyəyə planlaşdırılan səfərini müzakirə ediblər.


Baxış sayı: 41


Bölməyə aid digər xəbərlər