Bütün xəbərlər
800 mindən çox insanın həyatı təhlükəyə düşdü
Tarix: 13-07-2019 21:27 | Bölmə: Karusel
                                        

Hindistanın şimal-şərqindəki Assam ştatında ötən həftədən etibarən davam edən leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 6 nəfər həlak olub.
Modern.az-ın məlumatına görə, 800 mindən çox sakin daşqın zonasında qalıb.
Daşqınlar ştatın 21 rayonunu əhatə edib. 7 mindən çox sakin təxliyə olunub.
27 min hektardan çox əkin sahəsi suyun altında qalıb.


Baxış sayı: 293


Bölməyə aid digər xəbərlər