Bütün xəbərlər
Ukraynada An-2 təyyarəsi qəza enişi edib, yaralılar var
Tarix: 23-06-2019 23:52 | Bölmə: Karusel

                   

Ukraynanın Poltava vilayətində yüngül mühərrikli təyyarə qəza enişi edib.
Trend-in məlumatına görə, bu barədə Lenta.ru saytı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, qəza enişi edən təyyarədə daha sonra yanğın başlayıb.
Bildirilir ki, hadisə 23 iyun bazar günü yerli vaxtla təxminən saat 10: 00-da Loxvitskiy rayonunun Mlynı kəndi yaxınlığında baş verib.
Qəza nəticəsində iki nəfər yaralanıb, yaralılar xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri araşdırılır.


Baxış sayı: 263


Bölməyə aid digər xəbərlər