Bütün xəbərlər
Gürcüstanın hakim partiyasının deputatı mandatından imtina edir
Tarix: 21-06-2019 18:14 | Bölmə: Karusel

                               

Gürcüstanın parlamentində hakim Gürcü Arzusu Partiyasını təmsil edən deputat Zakaria Kutsnaşvili mandatından imtina edir.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə deputat partiyanın Siyasi Şurasının iclasından sonra jurnalistlərə bildirib.
O, parlamentdə vəzifəyə sahib olmadığını deyib: “Mənim azad deputat mandatım var. Mən bu mandatımdan imtina etməyə hazıram”.
Z.Kitsnaşvili Tianeti, Kazbeqi və Duşeti bölgələrindən majoritar deputatdır. O, Parlamentlərarası Pravoslav Assambleyasında (PPA) Gürcüstan nümayəndə heyətinin başçısı olub. Deputat ölkədə böyük etirazlara səbəb olan PPA-nın Tbilisidə keçirilən 26-cı Baş Assambleyasının təşkilatçılarından biri olub.
Qeyd edək ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov Gürcüstan parlamenti spikerinin kürsüsündən nitq söyləyib. Bu zaman qalmaqal yaranıb, Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozublar. Gürcüstan Arzusu Partiyası da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı baş katibinə həvalə olunmasını tələb ediblər.
Ötən gecə isə Tbilisidə geniş etiraz aksiyası keçirilib. Polis güc tətbiq edərək aksiyanı dağıdıb, yüzlərlə insan xəsarət alıb.
Gürcüstan Prezidenti Salome Zurabişvili Belarusa, parlamentin sədri İrakli Kobaxidze isə Azərbaycana rəsmi səfərlərini yarımçıq dayandıraraq iyunun 21-də Tbilisiyə qaydıblar.
İ.Kobaxidze Bakıdan ölkəsinə qayıtdıqdan sonra parlamentin sədri vəzifəsindən istefa verib. 


Baxış sayı: 261


Bölməyə aid digər xəbərlər