Bütün xəbərlər
Jurnalist Teymur Kərimov aksiyanı dayandırdı
Tarix: 12-06-2019 17:36 | Bölmə: Karusel


“Anam uzun müddətdir ki, onkoloji xəstəlik növü olan mialomadan əziyyət çəkirdi. Bir neçə dəfə Səhiyyə Nazirliyinə telefonla və ya birbaşa müraciətimə baxmayaraq, vəziyyət düzəlmirdi”.
Modern.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin önündə aksiya keçirən jurnalist Teymur Kərimov söyləyib. O bildirib ki, müraciətinin üzərindən bir müddət keçəndən sonra yenidən dərman vasitələrinin çatışmaması, reaktivlərin olmaması problemilə qarşılaşıblar:
“Artıq məcbur oldum ki, Səhiyyə Nazirliyinin önündə aksiya edim və mövcud problemləri şəxsən Oqtay Şirəliyevin diqqətinə çatdırım. Lakin öncədən Xeberfakt.az saytında oxuduğum qeyri-etik ifadələri səhiyyə naziri Oktay Şirəliyevin ünvanına səsləndirmişəm. Nazir Oqtay Şirəliyev isə məni Nəsimi rayon məhkəməsinə verərək, 147.2 və 148 maddə ilə cinayət məsuliyyətinə cəlb olunmağımı istəyir.
Anamın vəfatı ilə əlaqədar, Kəlbəcər rayonundan olan millət vəkili Cavid Qurbanovla görüşdüm. Onun məsləhətindən sonra aksiya və digər tələblərimi dayandırdım”.
Səhiyyə Nazirliyinin məhkəməyə verdiyi jurnalist Teymur Kərimovun anası vəfat edib. Teymur Kərimovun ansası onkoloji xəstə idi.


Baxış sayı: 326


Bölməyə aid digər xəbərlər