Bütün xəbərlər
"Sumqayıt" klubu keçmiş hücumçusunu geri qaytarıb- RƏSMİ
Tarix: 04-06-2019 14:56 | Bölmə: Karusel

                                           

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" klubu növbəti futbolçunu heyətinə qatıb. 
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən mövsümü "Keşlə"də keçirmiş komandanın sabiq hücumçusu Amil Yunanovla anlaşma əldə olunub. 1 illik müqavilə imzalayan Yunanov "Sumqayıt"da 9 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, 2015 - 2018-ci illərdə də "Sumqayıt"ın şərəfini qorumuş Amil Yunanov meydana çıxdığı 75 qarşılaşmada 28 dəfə rəqib qapılarına yol tapmaqla komanda tarixinə ən çox qol vurmuş futbolçu kimi adını yazdırıb. O, "Keşlə" (24 oyun, 5 qol) ilə yanaşı, "Qəbələ" (7 oyun, 1 qol) və "Rəvan"ın uğurları üçün çalışıb. Yunanov U-19 (3 oyun) və əsas millinin də (4 oyun) formalarını geyinib.


Baxış sayı: 277


Bölməyə aid digər xəbərlər