Bütün xəbərlər
"Tələbər arasında “Polyup” ilə hesablama təfəkkürünü inkişaf etdirək” layihəsi davam edir
Tarix: 10-12-2019 01:55 | Bölmə: Karusel


      Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatı dəstəyi ilə “Sumqayıt Tələbələri” İctimai Birliyi tərəfindən Sumqayıt şəhər Gənclər evində “Tələbər arasında “Polyup” ilə hesablama təfəkkürünü inkişaf etdirək” layihəsi çərçivəsində  təlim keçrilmişdir.
           Təlimdə Sumqayıt şəhərində yerləşən ali, orta ixtisas, peşə təhsil müəssisələrinin tələbələri və ümumtəhsil müəssilərinin şagirdləri iştirak etmişdir.

TəlimdəPolyup üzrə ekspert, təlimçi Namiq Aslanov tərəfindən robot texnologiyalarının tətbiqi, “Polyup” ilə hesablama təfəkkürünü inkişaf etdirilməsi metodları barədə interaktiv müzakirələr və qrup işləri həyata keçirilmişdir.
Layihənin məqsədləri - şagirdlər və tələbələr arasında hesablama düşüncəsini inkişaf etdirmək, real həyatda problemlərin səmərəli üsullarla həllinə yönəlmiş oyun tipli təhsil platformasında şagirdlərə öz bilik və bacarıqlarını kəşf etməyə imkan yaratmaqdır.
Üç ay meddətində davam edən layihədə ümumilikdə 140 nəfər gənc iştirak edəcəkdir.
Sabaha-inamla.Az





Baxış sayı: 426


Bölməyə aid digər xəbərlər