00:06 / 12-11-2019
TƏBRİK EDİRİK!
Bakıda 73 yaşlı qadını sifarişlə qətlə yetirən şəxslərin ibtidai istintaqı başa çatıb
Tarix: 09-11-2019 11:24 | Bölmə: Cəmiyyət

                                 


Bakıda sifarişlə qətl törətməkdə təqsirləndirilən Amil Piriyev, Şaiq Pirəliyev, Həmidə Həsənova, Ziya Dadaşov, Namiq Niftullayevvə Namik İbrəhimovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.
“Report”un xəbərinə görə, iş yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Fikrət Qəribovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, bu il aprelin 17-də səhər saatlarında rayonunun Azər Manafov küçəsi ev15/21 ünvanında yanğın hadisəsi baş verməsi barədə Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinə məlumat daxil olub. Hadisə yerinə baxış zamanı mənzilin sahibi və həmin ünvanda tək yaşayan 1946-cı il təvəllüdlü Validə İbrahimovanın yanmış meyiti aşkar olunub. Daha sonra meyit daxili və xarici müayinədən keçirilməsi üçün məhkəmə tibbi ekspertizasına göndərilib. Ekspertiza zamanı müəyyən edilib ki, həmin şəxs yanğından əvvəl boğularaq qətlə yetirilib.
Daxili İşlər Naziliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Cinayət Axtarış İdarəsi və Nizami Rayon polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində baş vermiş hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ziya Dadaşov və Füzuli rayon sakini Amil Piriyev saxlanılıblar. Onlar ifadələrində hadisə günü “Leyla” kimi tanıdıqları şəxsin sifarişi ilə V.İbrahimovanın mənzilinə tamah məqsədi ilə daxil olduqlarını, onu qətlə yetirəndən sonra isə izi itirmək məqsədi ilə mənzili və meyiti yandırdıqlarının bildiriblər. Hadisədən sonra həmin şəxslər V.İbrahimovanın qızıl-zinət əşyalarını, mobil telefonunu və 120 manatını ələ keçiriblər.
Daha sonra Ş.Pirəliyev, H.Həsənova, N.Niftullayev və N.İbrəhimov da tutulub.
Xatırladaq ki, Z.Dadaşov və A.Piriyev saxlanılan zaman qızıllar onlardan aşkar olunaraq maddi sübut kimi götürülüb.


Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər
Dünən, 00:06 TƏBRİK EDİRİK!
29-10-2019, 17:12 Çox sevirdik onu
18-10-2019, 03:37 TƏBRİK EDİRİK!
7-10-2019, 14:47 Vətənpərvər ziyalı