Bütün xəbərlər
Məsələ Pentensiar Xidmətin diqqətindədir-Əflatun Amaşov yazır
Tarix: 23-09-2019 18:15 | Bölmə: Cəmiyyət


"Araşdırma aparılır, əsl həqiqətlər üzə çıxarılacaq"

-Bu gün bir qrup jurnalist Azərbaycan Mətbuat Şurasına gələrək 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən jurnalist Əfqan Muxtarlının vəkilinə sözügedən həbsxanada təzyiq göstərildiyini iddia ediblər. Onlar bu halı jurnalistin müdafiə olunmasına maneçilik kimi dəyərləndiriblər.
Azərbaycan Mətbuat Şurası olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbərliyi ilə əlaqə saxladıq, müzakirə apardıq. Məsələ Pentensiar Xidmətin diqqətindədir. Bununla əlaqədar araşdırma aparılır, əsl həqiqətlər üzə çıxarılacaq. Belə bir hadisə baş veribsə, müvafiq ölçü götürüləcəkdir.
Sabaha-inamla.Az


Baxış sayı: 552


Bölməyə aid digər xəbərlər