Bütün xəbərlər
"Mi-8" helikopteri planlaşdırılmamış eniş edib
Tarix: 14-07-2025 17:20 | Bölmə: Digər

“Alrosa Airlines” ASC-nin Mi-8 helikopteri Yakutiyaya planlaşdırılmamış eniş edib. Qəza nəticəsində xəsarət alan olmayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 10 meşə mühafizə işçisi, bir müşahidəçi pilot və üç nəfərlik ekipaj olub.
Şərqi Sibir Nəqliyyat Prokurorluğu Telegram kanalında bildirib ki, eniş yeri Lenskdən 26 kilometr aralıdadır.
Təyyarə meşə aviasiyası işlərini yerinə yetirirdi. Planlaşdırılmamış eniş yerinə ehtiyat təyyarə göndərilib.
Prokurorluq uçuşların təhlükəsizliyi üçün hadisə ilə bağlı araşdırma aparır.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər