Bütün xəbərlər
Makron: "2027-ci ildə Fransanın hərbi büdcəsi 2017-ci ilə nisbətən iki dəfə artacaq"
Tarix: 13-07-2025 22:40 | Bölmə: Manşet

Paris 2027-ci il üçün hərbi büdcə hazırlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fransa müdafiəyə 64 milyard avroya qədər vəsait xərcləməyi planlaşdırır. Bu barədə respublika prezidenti Emmanuel Makron məlumat verib.
Fransa lideri iyulun 14-də milli bayram - Bastiliyanın alınması günü ərəfəsində Silahlı Qüvvələr qarşısında çıxışı zamanı yeni müdafiə büdcəsini 2017-ci ilin rəqəmləri ilə müqayisə edib.
"2017-ci ildə müdafiə büdcəsi 32 milyard avro idi. Hərbi planlaşdırma haqqında qanunumuza əsasən, biz 2030-cu ilə qədər onu iki dəfə artırmağa razılaşdıq. Amma biz bunu 2027-ci ilə qədər edəcəyik", - Makron bildirib.
Fransa prezidenti müdafiə xərclərinin artırılması planını yeni tarixi səy adlandırıb.
Makron bundan əvvəl 2025-ci ilin fevralında hərbi büdcənin ikiqat artırılmasından danışmışdı.Eyni zamanda o, NATO-nun üzvü olan digər Avropa ölkələrini də eyni kursu izləməyə çağırmışdı.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Atlantika Alyansının üzv dövlətlərin müdafiə xərclərinin fəlakətli artması səbəbindən dağılacağını proqnozlaşdırıb.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər