Bütün xəbərlər
Gürcüstan NATO-nun çoxmillətli təlimlərinə ev sahibliyi edəcək
Tarix: 14-07-2025 22:51 | Bölmə: Karusel

Gürcüstan iyulun 25-dən avqustun 6-dək NATO-nun “Agile Spirit 2025” çoxmillətli təlimlərinə ev sahibliyi edəcək.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Gürcüstanın bu təlimlərdə 12-ci dəfə iştirak edəcəyi dəqiqləşib.
"İyulun 25-dən avqustun 6-dək Gürcüstanda "Agile Spirit 2025" çoxmillətli beynəlxalq təlimləri keçiriləcək. Gürcüstan artıq 12-ci dəfədir ki, təlimlərə ev sahibliyi edəcək", - məlumatda deyilir.
Təlimlərdə ABŞ, Türkiyə, Polşa, Almaniya, İtaliya, Yunanıstan, Moldova, Rumıniya, Bolqarıstan, Slovakiya, Litva və Ukrayna da iştirak edəcək. Bundan əlavə, Ermənistan və Yaponiya nümayəndələri müşahidəçi qismində iştirak edəcəklər.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Estoniyada Sankt-Peterburqdan 300 km aralıda keçirilən canlı atəşli təlimləri təxribat adlandırıb.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər