Bütün xəbərlər
"Arsenal" Zubimendinin "Real Sosyedad"dan transferi üçün 65 milyon avro ödəyib
Tarix: 06-07-2025 17:42 | Bölmə: Manşet

"Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Zubimendi karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı ispaniyalı Londonun "Arsenal" klubu ilə müqavilə imzalayıb.
Şəxsi razılaşma və sövdələşmənin təfərrüatları açıqlanmır. Topçular müqavilənin uzunmüddətli olduğunu qeyd edib.
Nüfuzlu "Transfermarkt" portalının məlumatına görə, İspaniya klubu futbolçunun satışından 65 milyon avro qazanıb.
Zubimendi "Real Sociedad" akademiyasının məhsuludur, burada əsas komanda üçün bütün turnirlərdə 236 oyun keçirib, on qol vurub və doqquz məhsuldar ötürmə edib.
Onun İspaniya millisində də 19 matçı və iki qolu var. Martin yeni komandasında 36 nömrə ilə çıxış edəcək.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər