Bütün xəbərlər
Tramp Makrona deyib ki, Putin “hər şeyi götürmək istəyir”
Tarix: 14-07-2025 12:04 | Bölmə: Manşet

ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makrona Rusiya prezidenti Vladimir Putinin “hər şeyi götürmək” istədiyini deyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən xəbər verir.
Nəşr qeyd edir ki, Rusiya lideri növbəti iki ay ərzində yeni hücum addımları barədə qərar verəcək - bu, Rusiya Federasiyasının güclü mövqelərə malik olduğu Ukraynanın vilayətlərinin inzibati sərhədlərinə qədər uzana bilər.
İyulun 14-də ABŞ prezidenti bəyanatla çıxış etməyi planlaşdırır. Lakin o, Rusiya hakimiyyətinin hərəkətlərindən məyus olduğunu qeyd edərək, qarşıdakı çıxışın təfərrüatlarını açıqlamayıb.
Nəşrin yazdığına görə, Tramp Rusiya liderinə qəzəblidir, bununla bağlı Ağ Ev rəhbərindən Rusiya Federasiyasına qarşı kifayət qədər aqressiv çıxış gözləmək lazımdır.




Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər