Bütün xəbərlər
BMT-nin baş katibi ABŞ-ın Rusiyaya qarşı sanksiyaları haqqında: "Atəşin dayandırılmasına kömək edən hər şey vacibdir"
Tarix: 14-07-2025 23:05 | Bölmə: Dünya

Yanğının mümkün qədər tez söndürülməsinə kömək edən hər şey böyük əhəmiyyət kəsb edir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş ABŞ prezidenti Donald Trampın yeni anti-Rusiya sanksiyalarının tətbiqi ilə bağlı hədələrini şərh edərkən deyib.
Qeyd edək ki, Tramp bundan əvvəl Ukrayna ilə bağlı 50 gün ərzində razılaşma əldə olunmasa, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyini bildirmişdi.
"Əlbəttə ki, siyasi həllə yol açacaq dərhal atəşkəsə ehtiyacımız var. Bu məqsədlərin həyata keçirilməsinə töhfə verə biləcək hər şey vacib olacaq", - Quterreş şərh edib.
Eyni zamanda, o, tədbirlərin beynəlxalq hüquqa zidd olmamasının zəruri olduğunu vurğulayıb.
Bundan əvvəl britaniyalı diplomat Yan Proud yeni sanksiyaların tətbiqinin sülh yolu ilə nizamlanma perspektivlərini məhv edə biləcəyi fikrini bildirmişdi. Siyasətçi Trampı münaqişə tərəfləri arasında kompromis axtarmağa çağırıb.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər