Bütün xəbərlər
Kamerunun 92 yaşlı prezidenti Biya yeni müddətə namizədliyini açıqlayıb
Tarix: 14-07-2025 12:08 | Bölmə: Dünya

Kamerunun hazırkı rəhbəri Pol Biya bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində namizəd olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə o, X sosial şəbəkədə məlumat yayıb.
Bu il 92 yaşı tamam olan Biya 43 il fasiləsiz olaraq - 1982-ci ilin payızından, siyasətçi Amadu Ahidjonu milli lider kimi əvəz edəndən bəri ölkə prezidenti postunu tutub. O vaxtdan bəri o, 7 dəfə uğurla yenidən prezident seçilib.
"Əmin olun ki, mənim sizə xidmət etmək əzmim üzləşdiyimiz problemlərin ciddiliyi ilə mütənasibdir" deyib.
"Reuters" qeyd edib ki, siyasətçinin mümkün yenidən seçilməsi ona 100 yaşına yaxın olana qədər dövlət başçısı kimi qalmağa imkan verəcək.
Kamerunda prezident seçkiləri oktyabrın 12-nə təyin edilib. Onlar bir turda keçiriləcək.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər