Bütün xəbərlər
16 yaşlı qızı zorlamağa cəhd edən miqrant saxlanılıb
Tarix: 14-07-2025 23:01 | Bölmə: Karusel

Sankt-Peterburqda Suzdal gölündə 16 yaşlı qızı zorlamağa cəhd edən miqrant saxlanılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin şəhər üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.
Hadisə iyulun 12-də, şənbə günü baş verib. Kişi çimərlikdə azyaşlıya yaxınlaşaraq onu qumun üzərinə itələyib. Onu baş verənlərə şahid olan yeniyetmələr saxlayıblar. Bundan sonra hücum edən şəxs qaçıb. Hadisə şahidlər tərəfindən lentə alınıb və görüntülər internetdə yerləşdirilib.
“Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 131-ci maddəsinin 3-cü hissəsinin “a” bəndi (yetkinlik yaşına çatmayan şəxsi zorlama cəhdi) ilə cinayət işi açılıb”, - deyə, idarənin Telegram-kanalında bildirilir.
Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, saxlanılan şəxs 36 yaşlı Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşıdır. O, pul qazanmaq üçün Şimal paytaxtına gəlib.
Yaxın vaxtlarda onun barəsində cinayət işi açılacaq və barəsində həbs-qətimkan tədbiri seçiləcək.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər