Bütün xəbərlər
Güclü külək nəticəsində ağac uşağın üzərinə aşıb, o, sağ qalmayıb
Tarix: 13-07-2025 21:57 | Bölmə: Digər

Donetskdə azyaşlı ağacın aşması nəticəsində ölüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ağac Donetsk Xalq Respublikası ərazisindən keçən güclü qasırğa nəticəsində qırılıb.
Faciə şəhərin Kirovski rayonunda baş verib. İstintaq Komitəsinin regional qərargahından verilən məlumata görə, ağac yaşayış binasının həyətində olan 10 yaşlı uşağın üzərinə aşıb.
Zərərçəkmiş yerindəcə keçinib, faktla bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açılıb.
Həmçinin külək səbəbindən elektrik enerjisinin verilişində problemlər başlayıb.
Bundan əvvəl Qorlovkada tüğyan edən elementlər zamanı 3 nəfərin yaralandığı bildirilirdi.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər