Bütün xəbərlər
Tbilisinin mərkəzində beşmərtəbəli bina uçub
Tarix: 14-07-2025 23:08 | Bölmə: Karusel

Tbilisidə dəmiryol vağzalı yaxınlığında beşmərtəbəli yaşayış binası uçub. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan Daxili İşlər Nazirliyinin polis departamentinin direktoru Vaja Siradze məlumat verib.
O bildirib ki, “Vokzalnaya ploşçad” metrostansiyası yaxınlığında hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.
"İnterfaks" agentliyi Siradzedən sitat gətirir: "İnsan tələfatı mümkündür".
Aprelin sonunda metronun "Vokzalnaya ploşçad" stansiyası yaxınlığındakı geyim bazarında güclü yanğın baş verib.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər