18:50 / 22-09-2026
BİR QURULTAY QƏRARI VƏ AZƏRBAYCANIN DƏYİŞƏN SİYASİ TALEYİ
18:44 / 22-09-2026
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
18:38 / 22-09-2026
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
18:28 / 22-09-2026
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi
18:16 / 22-09-2026
Cəmiyyətin faktla manipulyativ məzmunu bir-birindən ayırmaq bacarığı vacibdir-Könül Nurullayeva
18:13 / 22-09-2026
İrlandiyalı jurnalist Zelenski və Makronu Nyu-Yorkdakı davranışlarına görə qınadı
18:05 / 22-09-2026
Kanye Uest konsert biletləri üçün 160.000 rubl tələb etmək niyyətindədir
17:57 / 22-09-2026
Səyahət mütəxəssisi koronavirus epidemiyalarının real təhlükəsini izah etdi
17:53 / 22-09-2026
15 yaşlı yeniyetmə kollecdə atəş açıb
17:49 / 22-09-2026
Rubio: "Tramp BMT Baş Assambleyasının kənarında İran Prezidenti ilə görüşməyə hazırdır"
17:46 / 22-09-2026
Litva Seymi nüvə silahlarının yerləşdirilməsinə qoyulan qadağanın ləğvini birinci oxunuşda təsdiqlədi
17:43 / 22-09-2026
Bir alpinist iki turistin itkin düşdüyü dağının çətinliklərini sadaladı
17:39 / 22-09-2026
18 yaşlı yeniyetmə kazinoda pul itirdikdən sonra intihar edib
17:35 / 22-09-2026
Ukraynadakı Interpipe Steel zavodu Rusiya qüvvələrinin tətilindən sonra istehsalı dayandırıb
17:32 / 22-09-2026
Analarına hədiyyə alarkən baş verən yanğında üç bacı həlak olub
17:29 / 22-09-2026
Fırıldaqçıların əmri ilə iki binanı yandırdı
17:19 / 22-09-2026
Netanyahu Nyu-York meri Zöhran Mamdanini yəhudilərə qarşı etirazları qızışdırmaqda günahlandırır
17:16 / 22-09-2026
Tramp Zelenski ilə enerji obyektlərinə hücumların dayandırılmasını müzakirə edəcək
17:13 / 22-09-2026
Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə telefonda danışdı
17:10 / 22-09-2026
İran səmasında naməlum parlayan uçan obyekt müşahidə edilib
17:07 / 22-09-2026
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
17:03 / 22-09-2026
Məşhur hind yazıçısının həyat yoldaşı meymunun hücumundan öldü
16:59 / 22-09-2026
Yanan ticarət mərkəzinin sahibləri cinayət məsuliyyətinə cəlb oluna bilərlər
16:55 / 22-09-2026
Rubio bildirib ki, Kiyevin Amerika nefti daşıyan gəmilərə hücumları ABŞ üçün qəbuledilməzdir
19:51 / 21-09-2026
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
19:45 / 21-09-2026
Oğlunun şəhadətinin 3-cü ildönümündə vəfat etdi - Foto
19:39 / 21-09-2026
Ayıları qorxutmaq üçün gecə reydləri keçirilir
19:36 / 21-09-2026
Ukrayna ölüm haqqında oxumamaq üçün himnini dəyişdirmək istəyir
19:33 / 21-09-2026
Ekspert Trampın Rusiyaya təzyiqi nə vaxt artıra biləcəyini izah etdi
19:29 / 21-09-2026
Bloqçu Nekoglay Moldovada narkotik qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb
19:24 / 21-09-2026
Professor Fenenko ABŞ-ın Qrenlandiya ilə bağlı yeni taktikalarını izah etdi
19:19 / 21-09-2026
Tramp Ukraynadakı münaqişəyə son qoyulmasının vacibliyini bəyan etdi
19:17 / 21-09-2026
Belarusun Qərb üçün gübrəsi qalmayıb
19:14 / 21-09-2026
Zelenski ilə Tramp arasında mümkün görüşün tarixi açıqlanıb
19:11 / 21-09-2026
Yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
19:08 / 21-09-2026
17-ci uşağını dünyaya gətirib
19:05 / 21-09-2026
Özbəkistan Prezidenti Putini seçkilərin uğurlu keçirilməsi münasibətilə təbrik etdi
19:02 / 21-09-2026
Politoloq Merzin XDU-nun uğursuzluğundan sonra niyə ayrılmaq istəmədiyini izah etdi
Miraslan Rasim-Şeirlər
Tarix: 15-04-2022 11:23 | Bölmə: Ədəbiyyat

OLA BİLMƏZ
Dəryayə baş vuranın çoxu qəvvas,ola bilməz!
Başıyla daş qıranın ağrısı az,ola bilməz!
***
Ürəyin cəm-sədası bil,hamıya aşkar olmur,
Aşiqin qəm qadası yarə ney,saz ola bilməz!
***
Sevgilim,can alışsa da bunca eşqin oduna
Rəqibim hey çalışsa da ,qışı yaz ola bilməz!
***
Ay mənlə olsa əgər,nə işim var ulduz ilə,
Bu istək qalsa əgər,ortada naz,ola bilməz!
***
Miraslan,bu həyatdı,nə ehtiyac yad ruhuna
Qanımda mugamatdı,and yerim caz,ola bilməz!
OLMUR
(qoşayarpaq qoşma)
İcazə ver, qədəminə döşənim
Bilirəm,alovun amanı olmur,
Ay eşqə düşənim,dərddə bişənim
Dağların boranı, dumanı olmur?!
+++
Eşq dərddi, nalandı,-o,can alandı
Bəzən bir ilandi,səni çalandı,
Qisasdı,talandı,o,qan salandı,
Bəzinin yaşamaq gümanı,olmur.
+++
Şahı taxtdan salır,qələbə çalır,
Gücün əldən alır,şah da alçalır,
Gah artır, azalır,dəyişməz qalır
Eşqin də yaxşısı,yamanı,olmur?!
+++
Aşiqlər nə hayda-ona nə qayda?
Kömək etmir "pay" da,pul vermir fayda
Tufandı gün, ayda,qar olur yayda
Nədənsə, səliqə,səhmanı,olmur.
+++
Olmaya şeytanlar,ara qatanlar;
Sevgisin atanlar, dərdə batanlar;
Var,uca tutanlar-vəslə çatanlar-
Miraslanın yarsız zamanı, olmur.
12.04.2022.
BİR QƏRİB HƏMYERLİMİZİN DİLİNDƏN...
Qəriblikdə bir kişi
Dolaşır küçələri...
İş yox, güc yox,əlləşir-
Yatammır gecələri...
Balaların düşünür...
Yadına salır kəndi
Qar,çovgunda üşüyür
Bircə,"ölümü kəmdi".
Burda nə iti azıb
Niyə, gəlibdir bura?!
Üz-gözün saqqal basıb
O hara,bura hara?!
Kəndlərində qalsaydı
Xeyli pul qazanardı
Əgər evdə olsaydı
Rahatca uzanardı.
Geri qayıtmaq üçün
Sənədi itib, pul yox
Kaş,daş yağaydı o, gün
Başına gələnlər çox...
"Çoxları mənim kimi
İçində mühəndisi
Müəllimi,həkimi
Bura nə çəkdi bizi?!
Kənddə qoyun otarmaq
Min dəfə bundan asan
Hələ borcu qaytarmaq...
Necə uduzar insan?!
Bilirəm,evə dönsəm
Ağzigöycək deyəcək:
Bəs,milyon qazanırdın
Orda,"xalası göyçək?"
Yox! Bir təhər qayıdım
Ölsəm, vətəndə ölüm
Lap pislənsə də adım
Rahat,kəfəndə ölüm!
Qoy, etsinlər qiybəti
Qoy, etsinlər töhməti:
"Hami getdi, quş gətdi-
Şahqulu bayquş,gətdi!"
Qəribliyə düşməsin
Heç kimsənin güzarı
Təklikdən üsuməsin
Bir qəribin məzarı
"Uzaq yerin halvasın-
Hoza¹ ilə yeyərlər"
Heç kim qərib olmasın
Yoxsa,başa döyərlər!"
1.hoza-çomaq(el məsəlindən)
10.04.2022.
YOXDU
Başımın tükü olsa da
Cibimdə darağım yoxdu
Ağzımda dilim olsa da
Dinməyə marağım yoxdu.
***
Suyumu içə, bilmirəm
Yolumu keçə bilmirəm
Zəmimi biçə bilmirəm
Dəryazım,orağım yoxdu.
***
Gecələri yatammıram
İtiyimi tapammıram
İstəyimə çatammıram
Sanki heç marağım yoxdu
***
Başım,beynim mərəkədə
Taqətim var hərəkətə?!
Dastan yazardım bəlkə də
Qələmim,varağım yoxdu.
***
Evdə həsrətəm gəzməyə;
Əsrlər gərək dözməyə?!
Ayının başın əzməyə
Fərli bir yarağım,yoxdu.
***
Ayılanlar birləşdilər;
Sayılanlar birləşdilər;
Ayrılanlar birləşdilər-
Özümdən sorağım yoxdu...
09.04.2022.
ÇƏKİNDİ
(təcnis)
İlahi! Əmrini pozan çoxalıb;
Onların hesabın özün çək, indi!
And içən,haq yola gələn çox olub-
bəlkə,bəziləri qorxdu, çəkindi.
***
Kaş görəm,bölünmüş millət oyandı!
Firon daha yoxdu,daha o,yandı!
Neçəsi də indi
bu yan,o yandı-
Bu Sənin tərəzin ,Sənin çəkindi!
***
Bir aciz bəndənəm,kimə nə deyim?!
"Haq var, divan da var!"-bu,eldə deyim
İzin ver,çoxunun üzünə deyim:
Siz ey günahkarlar,əzab çəkin, di!
09.04.2022.
SƏNİN MƏKANIN...
Təpənin üstündə dayanmış qoca
Qartal baxışıyla yollara baxır;
Ah! Nələr görmüş o,ömrü boyunca
Keçmiş xatirələr beynində axır...
Alnı qarış-qarış,saçları dümağ
Çoxu tək girmədi, hey dondan-dona
Hər qırış xoş əməl,həm irmaq-irmaq
Xeyirxah işlərin andırır ona.
Torpaq dərdi ilə çökdü dizləri
Ağrılı günlərin saldı yadına
Dərd çəkməkdən tutulubdu gözləri...
Nəcib işlər ünvanlanmış adına
Addım -addım gedir ömrün sonuna...
Onu bu səvablar edəcək xilas!-
İnsanlıq hopubdur onun qanına
Daima saflığı anlamış ixlas.
Sən ki, bir ölməzlik qazandın Kişi!
Varlığın həyata zinətdir, sənin
Tərəzi sahibi bilir hər işi
Yəqin ki,məkanın cənnətdir ,sənin...
ELƏ ŞEYLƏR VAR Kİ İSTƏRƏM BİLƏM
(müstəzad qoşma)
Elə şeylər var ki,istərəm biləm,
Bilirəm,əbədi deyil bu həyat,
Bircə haq yolundan dönən deyiləm,
Doğrunu deməsəm,olmaram rahat,
Tanrıdan imdad.
***
Lənət oxuyanam, şərin üzünə.
Sevirəm,duz baxam dostun gözünə,
Yaltaq nəkaradi,deyin özü nə?!
Sevgidə Məcnunam,əməldə Fərhad,
Qazancım, saf ad.
***
Vətən sevdasıdir,sevən canımda,
Şah Xətai qanı axır qanımda,
Daim qılınc,qələm olur yanımda,
Vətən dara düşsə eylərəm cihad,
Olmaram rahat.
***
Mənim şəkər dilim,sənə can deyim,
Ana laylasına hopub iliyim
Arxam el-obamdı,gücüm biliyim,
Şairdə olarsa, ilham həm savad,
İş olar avand.
***
Miraslanam,əhdi poza bilmərəm,
Həqiqət yolundan aza bilmərəm,
Dədə Ələsgər tək yaza bilmərəm,
Axı, O-əlçatmaz,hamıya Ustad,
Ruhu olsun şad!
06.04.2022.
MƏNƏM
(təcnis)
Vətən aşiqişən, a dəli, könlüm
Bu eşqin yolunda qul,ağa mənəm!
Yenə başın üstün alıb buludlar
Sahib olan iti qulağa, mənəm.
***
İş əyəndə, dərd üstə dərd sarılar;
Saf sevgilər bir-birinə sarılar;
Bizdən əl götürmür yenə "sarılar"
"Dostluq"dan oxuyan Qulaqa¹,mənəm?!
***
Ay Miraslan bu quyu çox dərindir
Necə deyim əkdiyini dər,indi?!
Bu soyulan mənim,sənin dərindi-
Torpağa gömülən qul,ağa mənəm!
1.gözəl müğənnimiz,mərhum Gülağa Məmmədova işarədir.
06.04.1993.
ŞƏKİLİDİR
(təcnisə bənzər)
Yaxam qaldı "uşaq-muşaq" əlində
Baş verənlər məndən ötrü şəklidi¹
Zalim əğyar gəzir müşsaq² əlində
Rəqiblərin qulaqları şəklidi.
***
Bu gözəlin çöhrəsindən xoş damır;
Həsrət dolu gözlərimdən xoş damır;
Deyin, bu qız bəlkə məni xoşdamır³
Yoxsa,beynindəki özgə şəklidi?!
***
Deyir,"qaçır məni,işi zora at!"
Hamı baxıb deyir"necə zor afat"⁴
Miraslanla hər gün edir zarafat
Sən deməynən, bu ceyran Şəkilidi.
1.şübhəlidi
2.zəhərin adı
3.xoşlamır
4.zor afət
04.04.1984.
Füzuli şəhəri.
BƏSİMDİ
Demirəm, gələndə cer-cehiz gətir
Halal çörəyini gətir,bəsimdi;
Sevgi olan yerdə iddia nədir-
eşqə gərəyini gətir,bəsimdi.
***
Biz həyat qururuq anlaşmaq üçün
Qurmuruq,kimnənsə yarışmaq üçün
Xoşbəxt insanlara qarışmaq üçün-
Arzu,diləyini gətir ,bəsimdi.
***
Hər fikrə baş vurub,getmə dərinə
Təki gəl,qurbanam saf ürəyinə
İri malikanə, maşın yerinə
Uşaq bələyini gətir,bəsimdi.
***
Yetər sağ can,təmiz ruhumuz olsun
Sadə bir evimiz-yurdumuz olsun
Saf bir ailəmiz-ordumuz olsun
Sevən ürəyini gətir,bəsimdi.
03.04.1980.
Yuxarı Veysəlli kəndi.
Baxış sayı: 1 334
Bölməyə aid digər xəbərlər
Tarix: 15-04-2022 11:23 | Bölmə: Ədəbiyyat

OLA BİLMƏZ
Dəryayə baş vuranın çoxu qəvvas,ola bilməz!
Başıyla daş qıranın ağrısı az,ola bilməz!
***
Ürəyin cəm-sədası bil,hamıya aşkar olmur,
Aşiqin qəm qadası yarə ney,saz ola bilməz!
***
Sevgilim,can alışsa da bunca eşqin oduna
Rəqibim hey çalışsa da ,qışı yaz ola bilməz!
***
Ay mənlə olsa əgər,nə işim var ulduz ilə,
Bu istək qalsa əgər,ortada naz,ola bilməz!
***
Miraslan,bu həyatdı,nə ehtiyac yad ruhuna
Qanımda mugamatdı,and yerim caz,ola bilməz!
OLMUR
(qoşayarpaq qoşma)
İcazə ver, qədəminə döşənim
Bilirəm,alovun amanı olmur,
Ay eşqə düşənim,dərddə bişənim
Dağların boranı, dumanı olmur?!
+++
Eşq dərddi, nalandı,-o,can alandı
Bəzən bir ilandi,səni çalandı,
Qisasdı,talandı,o,qan salandı,
Bəzinin yaşamaq gümanı,olmur.
+++
Şahı taxtdan salır,qələbə çalır,
Gücün əldən alır,şah da alçalır,
Gah artır, azalır,dəyişməz qalır
Eşqin də yaxşısı,yamanı,olmur?!
+++
Aşiqlər nə hayda-ona nə qayda?
Kömək etmir "pay" da,pul vermir fayda
Tufandı gün, ayda,qar olur yayda
Nədənsə, səliqə,səhmanı,olmur.
+++
Olmaya şeytanlar,ara qatanlar;
Sevgisin atanlar, dərdə batanlar;
Var,uca tutanlar-vəslə çatanlar-
Miraslanın yarsız zamanı, olmur.
12.04.2022.
BİR QƏRİB HƏMYERLİMİZİN DİLİNDƏN...
Qəriblikdə bir kişi
Dolaşır küçələri...
İş yox, güc yox,əlləşir-
Yatammır gecələri...
Balaların düşünür...
Yadına salır kəndi
Qar,çovgunda üşüyür
Bircə,"ölümü kəmdi".
Burda nə iti azıb
Niyə, gəlibdir bura?!
Üz-gözün saqqal basıb
O hara,bura hara?!
Kəndlərində qalsaydı
Xeyli pul qazanardı
Əgər evdə olsaydı
Rahatca uzanardı.
Geri qayıtmaq üçün
Sənədi itib, pul yox
Kaş,daş yağaydı o, gün
Başına gələnlər çox...
"Çoxları mənim kimi
İçində mühəndisi
Müəllimi,həkimi
Bura nə çəkdi bizi?!
Kənddə qoyun otarmaq
Min dəfə bundan asan
Hələ borcu qaytarmaq...
Necə uduzar insan?!
Bilirəm,evə dönsəm
Ağzigöycək deyəcək:
Bəs,milyon qazanırdın
Orda,"xalası göyçək?"
Yox! Bir təhər qayıdım
Ölsəm, vətəndə ölüm
Lap pislənsə də adım
Rahat,kəfəndə ölüm!
Qoy, etsinlər qiybəti
Qoy, etsinlər töhməti:
"Hami getdi, quş gətdi-
Şahqulu bayquş,gətdi!"
Qəribliyə düşməsin
Heç kimsənin güzarı
Təklikdən üsuməsin
Bir qəribin məzarı
"Uzaq yerin halvasın-
Hoza¹ ilə yeyərlər"
Heç kim qərib olmasın
Yoxsa,başa döyərlər!"
1.hoza-çomaq(el məsəlindən)
10.04.2022.
YOXDU
Başımın tükü olsa da
Cibimdə darağım yoxdu
Ağzımda dilim olsa da
Dinməyə marağım yoxdu.
***
Suyumu içə, bilmirəm
Yolumu keçə bilmirəm
Zəmimi biçə bilmirəm
Dəryazım,orağım yoxdu.
***
Gecələri yatammıram
İtiyimi tapammıram
İstəyimə çatammıram
Sanki heç marağım yoxdu
***
Başım,beynim mərəkədə
Taqətim var hərəkətə?!
Dastan yazardım bəlkə də
Qələmim,varağım yoxdu.
***
Evdə həsrətəm gəzməyə;
Əsrlər gərək dözməyə?!
Ayının başın əzməyə
Fərli bir yarağım,yoxdu.
***
Ayılanlar birləşdilər;
Sayılanlar birləşdilər;
Ayrılanlar birləşdilər-
Özümdən sorağım yoxdu...
09.04.2022.
ÇƏKİNDİ
(təcnis)
İlahi! Əmrini pozan çoxalıb;
Onların hesabın özün çək, indi!
And içən,haq yola gələn çox olub-
bəlkə,bəziləri qorxdu, çəkindi.
***
Kaş görəm,bölünmüş millət oyandı!
Firon daha yoxdu,daha o,yandı!
Neçəsi də indi
bu yan,o yandı-
Bu Sənin tərəzin ,Sənin çəkindi!
***
Bir aciz bəndənəm,kimə nə deyim?!
"Haq var, divan da var!"-bu,eldə deyim
İzin ver,çoxunun üzünə deyim:
Siz ey günahkarlar,əzab çəkin, di!
09.04.2022.
SƏNİN MƏKANIN...
Təpənin üstündə dayanmış qoca
Qartal baxışıyla yollara baxır;
Ah! Nələr görmüş o,ömrü boyunca
Keçmiş xatirələr beynində axır...
Alnı qarış-qarış,saçları dümağ
Çoxu tək girmədi, hey dondan-dona
Hər qırış xoş əməl,həm irmaq-irmaq
Xeyirxah işlərin andırır ona.
Torpaq dərdi ilə çökdü dizləri
Ağrılı günlərin saldı yadına
Dərd çəkməkdən tutulubdu gözləri...
Nəcib işlər ünvanlanmış adına
Addım -addım gedir ömrün sonuna...
Onu bu səvablar edəcək xilas!-
İnsanlıq hopubdur onun qanına
Daima saflığı anlamış ixlas.
Sən ki, bir ölməzlik qazandın Kişi!
Varlığın həyata zinətdir, sənin
Tərəzi sahibi bilir hər işi
Yəqin ki,məkanın cənnətdir ,sənin...
ELƏ ŞEYLƏR VAR Kİ İSTƏRƏM BİLƏM
(müstəzad qoşma)
Elə şeylər var ki,istərəm biləm,
Bilirəm,əbədi deyil bu həyat,
Bircə haq yolundan dönən deyiləm,
Doğrunu deməsəm,olmaram rahat,
Tanrıdan imdad.
***
Lənət oxuyanam, şərin üzünə.
Sevirəm,duz baxam dostun gözünə,
Yaltaq nəkaradi,deyin özü nə?!
Sevgidə Məcnunam,əməldə Fərhad,
Qazancım, saf ad.
***
Vətən sevdasıdir,sevən canımda,
Şah Xətai qanı axır qanımda,
Daim qılınc,qələm olur yanımda,
Vətən dara düşsə eylərəm cihad,
Olmaram rahat.
***
Mənim şəkər dilim,sənə can deyim,
Ana laylasına hopub iliyim
Arxam el-obamdı,gücüm biliyim,
Şairdə olarsa, ilham həm savad,
İş olar avand.
***
Miraslanam,əhdi poza bilmərəm,
Həqiqət yolundan aza bilmərəm,
Dədə Ələsgər tək yaza bilmərəm,
Axı, O-əlçatmaz,hamıya Ustad,
Ruhu olsun şad!
06.04.2022.
MƏNƏM
(təcnis)
Vətən aşiqişən, a dəli, könlüm
Bu eşqin yolunda qul,ağa mənəm!
Yenə başın üstün alıb buludlar
Sahib olan iti qulağa, mənəm.
***
İş əyəndə, dərd üstə dərd sarılar;
Saf sevgilər bir-birinə sarılar;
Bizdən əl götürmür yenə "sarılar"
"Dostluq"dan oxuyan Qulaqa¹,mənəm?!
***
Ay Miraslan bu quyu çox dərindir
Necə deyim əkdiyini dər,indi?!
Bu soyulan mənim,sənin dərindi-
Torpağa gömülən qul,ağa mənəm!
1.gözəl müğənnimiz,mərhum Gülağa Məmmədova işarədir.
06.04.1993.
ŞƏKİLİDİR
(təcnisə bənzər)
Yaxam qaldı "uşaq-muşaq" əlində
Baş verənlər məndən ötrü şəklidi¹
Zalim əğyar gəzir müşsaq² əlində
Rəqiblərin qulaqları şəklidi.
***
Bu gözəlin çöhrəsindən xoş damır;
Həsrət dolu gözlərimdən xoş damır;
Deyin, bu qız bəlkə məni xoşdamır³
Yoxsa,beynindəki özgə şəklidi?!
***
Deyir,"qaçır məni,işi zora at!"
Hamı baxıb deyir"necə zor afat"⁴
Miraslanla hər gün edir zarafat
Sən deməynən, bu ceyran Şəkilidi.
1.şübhəlidi
2.zəhərin adı
3.xoşlamır
4.zor afət
04.04.1984.
Füzuli şəhəri.
BƏSİMDİ
Demirəm, gələndə cer-cehiz gətir
Halal çörəyini gətir,bəsimdi;
Sevgi olan yerdə iddia nədir-
eşqə gərəyini gətir,bəsimdi.
***
Biz həyat qururuq anlaşmaq üçün
Qurmuruq,kimnənsə yarışmaq üçün
Xoşbəxt insanlara qarışmaq üçün-
Arzu,diləyini gətir ,bəsimdi.
***
Hər fikrə baş vurub,getmə dərinə
Təki gəl,qurbanam saf ürəyinə
İri malikanə, maşın yerinə
Uşaq bələyini gətir,bəsimdi.
***
Yetər sağ can,təmiz ruhumuz olsun
Sadə bir evimiz-yurdumuz olsun
Saf bir ailəmiz-ordumuz olsun
Sevən ürəyini gətir,bəsimdi.
03.04.1980.
Yuxarı Veysəlli kəndi.
Baxış sayı: 1 334
Bölməyə aid digər xəbərlər
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR













