Bütün xəbərlər
"Zenit"in baş məşqçisi Semak küçədə epilepsiya xəstəsi olan şəxsi xilas etməyə kömək edib
Tarix: 15-07-2025 20:27 | Bölmə: Karusel

"Zenit"in baş məşqçisi Sergey Semak yoldan keçən digər şəxslərlə birlikdə epilepsiya tutması keçirən şəxsi xilas etməyə kömək edib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə idman jurnalisti İvan Karpov məlumat verib.
Semakın yoldan keçənlərlə birlikdə kişini özünə gətirməyə kömək etdiyi və onlarla birlikdə təcili yardım gözlədiyi bildirilir.
"Semak bir insanın həyatını xilas etməyə kömək etdi", - Karpov Telegram kanalında yazıb.
O, həmçinin "Zenit"in baş məşqçisi və digər şahidlərin qurbanın yanında oturduğu nəşrə foto əlavə edib.
KİV-in məlumatına görə, hadisə iyulun 8-də Sankt-Peterburqdakı Vıborq sahilində baş verib.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər