Bütün xəbərlər
TWZ: Rusiyanın "Kh-101" qanadlı raketinin istifadəsi qorxuncdur
Tarix: 15-07-2025 14:01 | Bölmə: Karusel

Rusiyaya məxsus "Kh-101" qanadlı raketinin kasetli döyüş başlığı ilə Ukraynada istifadəsi qorxuncdur.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Amerikanın TWZ nəşrinin köşə yazarı Tomas Nyudik yazır.
Jurnalist məqaləsində Rusiya Silahlı Qüvvələrinin iyulun 11-də Ukraynanın Çernivtsi şəhərinə endirdiyi raket zərbəsi ilə bağlı kadrlara diqqət çəkib.
"Kadrlarda raketin dik bucaq altında yerə düşməsi, ardınca qısa müddət ərzində kaset döyüş başlığına uyğun gələn bir sıra partlayışlar görünür. Daha sonra ərazinin üzərində böyük tünd tüstü buludu qalxır", - köşə yazarı yazıb.
Nyudik qeyd edib ki, bu raketlərin maksimum uçuş məsafəsi dörd min kilometrə çata bilər. Ona görə də Kh-101 Rusiya hava məkanından buraxıldıqda Avropanın demək olar ki, hər yerində hədəfləri vura biləcək”, - deyə o, yekunlaşdırıb.
Bundan əvvəl hərbi ekspert Yuri Knutov da bəyan etmişdi ki, Kh-101 raketləri Aİ-nin demək olar ki, hər hansı bir şəhərinə görünmədən uçmaq qabiliyyətinə malikdir.
Onun sözlərinə görə, bu raket hava hücumundan müdafiə sistemləri üçün görünməz və manevr qabiliyyətinə malikdir və Avropanın demək olar ki, istənilən şəhərinə maneəsiz uçmağa imkan verir.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər