Bütün xəbərlər
Ziyafətdə zəhərlənən məzunların sayı 21-ə çatıb
Tarix: 15-07-2025 15:54 | Bölmə: Karusel

Yekaterinburqda Versal kafesində ziyafətdən sonra bağırsaq infeksiyasına yoluxan Ural Dövlət Hüquq Universitetinin məzunlarının sayı 21-ə çatıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yeddi nəfərin salmonellyoz olduğu təsdiqlənib. Rospotrebnadzorun regional idarəsi xəbər verir ki, kafeyə gələn 12 nəfərin vəziyyəti orta ağır xəstəxanaya yerləşdirilib.
Kafenin bir əməkdaşında Salmonella bakteriyası aşkar edilib. Həmçinin sanitar normaların pozulması halları da aşkar edilib: məhsulların saxlanma şəraitinə əməl olunmayıb, etiketləmə aparılmayıb.
"Riçmond Rest" MMC-nin fəaliyyətinə xitam verilib, binalar artıq möhürlənib. Faktla bağlı cinayət işi açılıb.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər