Bütün xəbərlər
Sumqayıtda şəhid ailələri ilə görüş keçirildi-VİDEO+FOTOLAR
Tarix: 15-07-2025 11:29 | Bölmə: Sosial

12 iyul 2025-ci il tarixində Sumqayıt şəhərində unudulmaz və dərin mənalı bir tədbir baş tutdu. Şəhid ailələri ilə görüş çərçivəsində Beynəlxalq Mərkəzi Diasporanın Şəhid Ailələri Departamentinin sədr müavini Hicran xanımın iştirakı ilə xüsusi bir gün yaşandı. Bu görüş, şəhidlərin əziz xatirəsinə ehtiramın, onların ailələrinə olan mənəvi borcun və milli birlik ruhunun bariz nümunəsi oldu.
Tədbir iştirakçıları ilk öncə Sumqayıt şəhər Şəhidlər Xiyabanını ziyarət etdilər. Burada torpağın bağrında əbədi rahatlıq tapan şəhidlərimizin ruhuna dualar oxundu, Qurani-Kərim tilavət olundu. Şəhid məzarları üzərinə gül dəstələri qoyularkən gözlərdə yaş, qəlblərdə qürur vardı. Hər bir şəhid məzarı – Vətən üçün canını fəda etmiş qəhrəmanın susmayan dastanı idi.

              
Görüşün davamında Hicran xanım şəhid ailələri ilə səmimi söhbətlər apardı, onların dərdlərinə, qayğılarına, ehtiyaclarına diqqətlə qulaq asdı. Onların həyat hekayələrini dinlədikcə hər bir ailənin yaşadığı ağrı və qürur bir daha hiss olundu. Hicran xanım qeyd etdi ki, şəhid ailələri bizim üçün müqəddəs əmanətdir və bu əmanətə sahib çıxmaq hər birimizin vətəndaşlıq borcudur.
Tədbirin təşəbbüskarı Xanpəri xanım oldu. Onların təşkilatçılığı sayəsində bu mənəvi görüş yüksək səviyyədə keçdi. Qəlbləri birləşdirən, vətən sevgisini gücləndirən bu cür tədbirlər, həm şəhid ailələrinin yanında olduğumuzu göstərir, həm də gənc nəsildə vətənpərvərlik hisslərini daha da möhkəmləndirir.
Bu gün bir daha anladıq: şəhidlər ölməz, Vətən bölünməz. Onların ruhu qarşısında baş əyir, ailələrinə sonsuz minnətdarlığımızı bildiririk. Vətən üçün canını verənlər heç vaxt unudulmayacaq – nə qədər ki, bu torpaq var, bu xalq var, onların adı da, izi də yaşayacaq!

Sabaha-inamla.az





Baxış sayı: 77


Bölməyə aid digər xəbərlər